Yuxarı
    Bağlamaq

    "Azercell" ötən il dövlət büdcəsinə 175 mln. manat ödəyib

    Şirkətin telekommunikasiyanın inkişafına sərmayəsi isə 1,443 mlrd. dolları üstələyib

    Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan mobil rabitə bazarının 48%-nə nəzarət "Azercell Telecom" MMC 2016-cı ildə dövlət büdcəsinə toplam olaraq 175,1 mln. manat, son 20 il ərzində isə 1 458,2 mln. manat vəsait ödəyib.

    "Report" xəbər verir ki, bu barədə "Azercell"in 2016-cı il üçün hesabatında qeyd olunub.

    Hesabata görə, ötən il şirkət ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən ölkə büdcəsindəki ümumi ödənişlərin 2,3%-ni, qeyri-neft sektoru üzrə ödənişlərin 2,9%-ni təşkil edib.

    "Azercell" ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 31,016 mln. ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində isə 1 443 mln. dollar həcmində vəsait yatırıb. Ötən il şirkət işçilərinin inkişafına 659,4 min dollar, 20 ildə isə 22,434 mln. dollar sərmayə yatırıb. Eyni zamanda, 2016-ci il ərzində sosial layihələrin həyata keçirilməsinə 255,7 min dollar, 20 ildə isə 18,722 mln. dollar sərf olunub.

    Hazırda "Azercell"in Azərbaycanda 63 "Ön Masa", "Azercell Express" ofisləri və 393 rəsmi satış məntəqəsi fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi