"Azercell": Nömrələrin daşınması xidməti özünü doğrultmayıb

"Azercell": Nömrələrin daşınması xidməti özünü doğrultmayıb Vahid Mürsəliyev: "SMS-lərlə bağlı ayrıca müqavilənin imzalanması məsələsi gündəmdədir"
İKT
11 Noyabr , 2016 14:45
Azercell: Nömrələrin daşınması xidməti özünü doğrultmayıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "Heç kimin razılığı olmadan onu hansısa xidmətə qoşmurlar".

"Report" xəbər verir ki, bunu jurnalistlərin qısa nömrələrdən gələn SMS-lərlə bağlı suallarını cavablandıran Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkətinin rəhbəri Vahid Mürsəliyev deyib.

V.Mürsəliyevin sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir və gələcəkdə məsələ tənzimlənəcək: "Bu xidmətləri "Azercell" həyata keçirmir. Biz qısa SMS nömrələri ayırırıq və üçüncü tərəf bu SMS-ləri göndərir. Bu tipli SMS-lərlə bağlı ayrıca müqavilənin imzalanması məsələsi gündəmdədir və düşünürəm ki, gələcəkdə hansısa formada həll ediləcək".

"Azercell" rəhbəri deyib ki, mobil nömrələrin daşınması xidməti özünü doğrultmayıb: "Bu, abonentlərin rahatlığı baxımından çox yaxşı xidmətdir, amma Azərbaycanda özünü doğrultmayıb".

Son xəbərlər

Orphus sistemi