Yuxarı

“Azercell” müştərilərə xəbərdarlıq edib

Noyabrın 8-dən şirkətin fakturasız və fakturalı xətt sistemində SMS-in tarifi 5 qəpik olacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Noyabrın 8-dən etibarən Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gəncsim” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər bir SMS 5 qəpik, “Bölgə” tarifi çərçivəsində isə 4 qəpik təşkil edəcək.

“Report” xəbər verir ki, “Gəncol” və “Kombo” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik olacaq.

Eyni zamanda, qeyd edilən tarixdən etibarən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Biznes200”, “Dövlətcell” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS 5 qəpik təşkil edəcək.

“Hədsiz” və “Hədsiz zəng” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti də 5 qəpik olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi