"Azercell" müştərilərinə xəbərdarlıq edib

"Azercell" müştərilərinə xəbərdarlıq edib Martın 14-də şirkətin bəzi xidmətlərində problemlər yarana bilər
İKT
13 Mart , 2017 09:54
Azercell müştərilərinə xəbərdarlıq edib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı müştərilərinə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

Məlumata görə, göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə martın 14-də təkmilləşdirmə işləri aparılacaq.

"Bununla əlaqədar olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi