“Azercell" “iPhone X” kampaniyasına start verib

“Azercell" “iPhone X” kampaniyasına start verib Bakı. 1 dekabr. REPORT.AZ/ “iPhone X” telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı “Azercell Telecom” MMC öz abunəçiləri üçün yeni “iPhone X” telefonları üzrə kampaniyaya başlayıb.
İKT
1 Dekabr , 2017 19:14
“Azercell “iPhone X” kampaniyasına start verib

Bakı. 1 dekabr. REPORT.AZ/ “iPhone X” telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı “Azercell Telecom” MMC öz abunəçiləri üçün yeni “iPhone X” telefonları üzrə kampaniyaya başlayıb.

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ayda 129 manat ödəməklə, abunəçilər smartfona sahib ola və 30GB həcmində “Hedsiz internet” paketi əldə edə biləcəklər.

Dekabrın 1-8 tarixləri ərzində kampaniyaya qoşulan müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində “Hedsiz” tarifindən pulsuz yararlana biləcək.

“iPhone X” kampaniyasına qoşulmaq üçün abunəçilər “Azercell”in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur.

Məlumat üçün qeyd edək ki, “iPhone X" "iPhone”un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.

Açıqlamada deyilir ki, “Azercell” şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi