"Azercell" internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

"Azercell" internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib Layihə "Kaspersky Lab" şirkəti ilə əməkdaşlıqda həyata keçirilir
İKT
1 İyun , 2016 11:54
Azercell internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

Bakı. 1 iyun. REPORT. AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell" internetdə uşaqların müdafiəsinə xüsusi önəm verdiyi internet təhlükəsizliyi sahəsində "Kaspersky Lab" şirkəti ilə əməkdaşlığa başlayıb. 

"Report" xəbər verir ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən "Azercell"lə internet təhlükəsizdir" adlı layihənin təqdimatında şirkətin prezidenti Vahid Mürsəliyev bildirdib ki, "Azercell" cəmiyyətin, xüsusilə uşaqların informasiya təhlükəsizliyi sahəsinə diqqət yetirməyə bilməzdi. O, "Azercell" üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini əlavə edib. 

Tədbir çərçivəsində "Ümidli gələcək" gənclər təşkilatının layihələr üzrə meneceri Ruhanə Əhmədova, "Azercell"in yeni texnologiyalar, layihə və partnyorluq idarəetmə şöbəsinin rəhbəri Cəmaləddin Həsənov və "Kaspersky Lab"ın Azərbaycan üzrə regional nümayəndəsi Müşfiq Məmmədov "Azercell"lə internet təhlükəsizdir" layihəsi barədə məlumat veriblər. 

Tədbirdə internet şəbəkəsində təhlükəsizliyə yönələn üç yeni məhsul təqdim edilib. Bunlardan biri "Universal müdafiə" xidməti adlanır və "Kaspersky İnternet Security" vasitəsilə istənilən cihazın müdafiəsini təmin edir. Bu xidmət vasitəsilə istifadəçilər həm özlərinin, həm də uşaqlarının bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. 

İkinci məhsul "Android" üçün müdafiə" əsasən "Android" əməliyyat sistemi üçün istifadə olunur. 

Üçüncü məhsul "Valideyn nəzarəti" adlanır. O, populyar olan əksər əməliyyat sistemləri ilə işləyən "Kaspersky Safe Kids" müdafiə proqramı vasitəsilə istifadə edilir.

Son xəbərlər

Orphus sistemi