Yuxarı
    Bağlamaq

    "Azercell"in Tələbə Təqaüd Proqramının daha 27 qalibi müəyyənləşib

    Mərhələli seçimlər nəticəsində 27 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb

    Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkətinin 2008-ci ildən start verdiyi Tələbə Təqaüd Proqramının növbəti qalibləri müəyyən edilib.

    Şirkətdən "Report"a verilən məlumata görə, sözügedən proqramın mərhələli seçimləri nəticəsində 27 tələbə "Azercellin Təqaüdçüsü" adına layiq görülüb. Seçilən tələbələr ali təhsillərinin sonunadək şirkətdən 200 manat məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Uğur əldə edənlər sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, "Xəzər" Universiteti, "Qafqaz" Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri var.

    Qeyd edək ki, Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı ingilis dili tapşırığı verilib. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə bu ada layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi