​“Azercell”in Sim-Sim abunəçiləri “Asan İmza"dan istifadə edə biləcəklər

​“Azercell”in Sim-Sim abunəçiləri “Asan İmza"dan istifadə edə biləcəklər Şirkət abunəçiləri 500-dən artıq dövlət və özəl elektron xidmətlərindən yararlanacaq
İKT
18 Aprel , 2016 19:11
​“Azercell”in Sim-Sim abunəçiləri “Asan İmzadan istifadə edə biləcəklər

Bakı. 18 aprel. REPORT.AZ/Ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telecom” şirkətinin fakturasız xətt (Sim-Sim) abunəçiləri artıq öz nömrələrində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə biləcəklər. 

Şirkətin mətbuat xidmətindən “Report”a bildirilib ki, bununla da həmin abunəçilər elektron xidmətlərin istifadəsində və sənədləri elektron şəkildə imzalamaq məqsədilə “Asan İmza” xidmətinin təqdim etdiyi imkanlardan yararlanacaqlar.

Bu yeniliyin tətbiqi fakturasız xətt abunəçilərinin rahatlığına xidmət edəcək. Belə ki, əvvəllər “Asan İmza”dan istifadə etmək üçün fakturasız xətt abunəçiləri mütləq qaydada fakturalı xətt nömrəsi əldə etmək və ya mövcud nömrəsini fakturalı xəttə keçirmək məcburiyyətində idilər. Bu isə “Asan İmza” xidmətinin istifadəçilər üçün əlçatan olmasında müəyyən çətinliklər yaradırdı. Artıq “Azercell” abunəçiləri heç bir məhdudiyyət olmadan mobil nömrəsində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə, bununla da ölkədə mövcud olan 500-dən artıq dövlət və özəl elektron xidmətlərindən asanlıqla istifadə edəcəklər.

“Asan İmza” xidmətinin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı “SIM” karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Qeyd edək ki, “Asan İmza” sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

Son xəbərlər

Orphus sistemi