“Azercell”in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişlənib

“Azercell”in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişlənib Bakı. 3 avqust. REPORT.AZ/ Bütün abunəçilərini dünyanın istənilən nöqtəsində sərfəli mobil internetlə təmin etməyi qarşısına məqsəd qoyan “Azercell Telekom” öz vədinə sadiq qalaraq təklif etdiyi internet rominq paketlərinin coğrafiyasını genişləndirir. Artıq “Azercell” abunəçiləri daha 34 Avropa, ABŞ və dünyanın digər ölkəsində sərfəli mobil internet xidmətlərindən faydalana bilər.
İKT
3 Avqust , 2018 14:04
“Azercell”in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişlənib

Bakı. 3 avqust. REPORT.AZ/ Bütün abunəçilərini dünyanın istənilən nöqtəsində sərfəli mobil internetlə təmin etməyi qarşısına məqsəd qoyan “Azercell Telekom” öz vədinə sadiq qalaraq təklif etdiyi internet rominq paketlərinin coğrafiyasını genişləndirir. Artıq “Azercell” abunəçiləri daha 34 Avropa, ABŞ və dünyanın digər ölkəsində sərfəli mobil internet xidmətlərindən faydalana bilər.

Cari ilin iyul ayının əvvəlində “Azercell” aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeni İnternet Rominq Paketlərini təqdim etmişdi. Şirkətdən verilmiş rəsmi məlumata əsasən, “Azercell” abunəçilərinə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təmin etmək məqsədilə tədricən səsli rabitədən mobil internet rabitəsinə keçid davam edir.

Dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tarifləri səbəbindən rominqdə internet xidmətini qeyri-aktiv etməsi geniş yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən ümumiyyətlə istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə xaricdə olarkən smartfonlarını, ümumiyyətlə, söndürür.

"Azercell"in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:

oSərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)

oXərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)

oSadəlik (sadə və anlaşılan qiymətlər).

"Azercell" rominq həlləri sahəsində rahat və sərfəli təkliflər təqdim etməkdə davam edir. İndi isə Azercell müştərilərinə cəmi 19.90 manata dünyanın 44 ən çox səfər olunan ölkəsində 14 təqvim günü ərzində istifadə edilə bilən 1GB həcmində rominqdə internet paketini təqdim edir.

"Azercell" bütün abunəçiləri üçün rominqi daha cəlbedici etməyə çalışır və bu məqsədlə əlverişli həllər təklif etməkdə davam edir ki, yüksək keyfiyyətli mobil internetə çıxış, hətta, xaricdə belə daha münasib olsun.

Ətraflı məlumat üçün internet səhifəmizə daxil ola bilərsiniz: https://www.azercell.com/az/personal/roaming/internetroaming/ 

Son xəbərlər

Orphus sistemi