"Azercell"in prezidenti qalib tələbələrlə görüşüb

"Azercell"in prezidenti qalib tələbələrlə görüşüb Şirkətin Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub
İKT
25 Yanvar , 2017 17:55
Azercellin prezidenti qalib tələbələrlə görüşüb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün "Azercell Telecom" MMC-nin prezidenti Vahid Mürsəliyev "Azercell"in Təqaüdçüsü" adına layiq görülən tələbələrlə görüşüb.

Şirkətdən "Report"a verilən xəbərə görə, görüşdə çıxış edən V.Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr "Azercell"də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər: "Azercell" fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib. Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardır. "Azercell" bundan sonra da tələbələrin yanında olacaq".

Bu il "Azercell"in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, "Xəzər" Universiteti, "Qafqaz" Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.

Adı, soyadı Universitet İxtisas
Rafiq Abbasov Azərbaycan Dövlət Iqtisad Universiteti Dünya İqtisadiyyatı
Dunay Xasaylı Bakı Dövlət Universiteti Hüquqşünaslıq
Əli Ələkbərli Dövlət Idarəçilik Akademiyası Hüquqşünaslıq
Aynur Əsədli ADA Universiteti Beynəlxalq elmləri
Səbinə Əzimova Dövlət Idarəçilik Akademiyası Kompyuter Elmləri
Günel Abdullayeva Bakı Dövlət Universiteti Hüquqşünaslıq
Əzim Həşimov Xəzər Universiteti Neft-Qaz Mühəndisliyi
Sultan İsgəndərov Gəncə Dövlət Universiteti Kimya-Biologiya müəllimliyi
Hikmət Cəfərli Qafqaz Universiteti Kompyuter Mühəndisliyi
RəsuKərimov l Qafqaz Universiteti Kompyuter Mühəndisliyi
Məmməd Hacılı Qafqaz Universiteti Kompyuter Mühəndisliyi
Zümrüd Məlikzadə Gəncə Dövlət Universiteti Riyaziyyat-İnformatika
Kənarə Muradova Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər
Mustafa Bünyamin Qafqaz Universiteti Maliyyə
Tərlan Mustafayev Dövlət Idarəçilik Akademiyası Menecment
Məhəmməd Namazlı ADNSU Neft-Qaz Mühəndisliyi
Aysel Qarayeva Bakı Dövlət Universiteti Hüquqşünaslıq
Könül Qurbanlı ADA Universiteti İT və sistem mühəndisliyi
İnci Rzayeva Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər
Asiman Səidzadə Bakı Ali Neft Məktəbi Neft-Qaz Mühəndisliyi
Şahin Xəlilov AzTU Kompüter mühəndisliyi
Həsən Şirəliyev A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Menecment
Ələddin Şıxızadə Qafqaz Universiteti Kompüter mühəndisliyi
Tacirə Cəfərova Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə
Rukiyyə Tağısoy A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Hüquqşünaslıq
Təhminə Əzimzadə AzMİU Memarlıq
Nemət Zülfüqarlı Gəncə Aqrar Universiteti Mühasibat Uçotu və audit
Kamilla Nəbiyeva Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və İqtisadiyyat

Qeyd edək ki, Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Həmin müddətdə Bakı və Bölgə Universitetlərində "Azercell"in İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib. İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı ingilis dili tapşırığı verilib. Bundan əlavə, tələbələr "Azercell"in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər.

Son xəbərlər

Orphus sistemi