"Azercell"in prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görülüb

"Azercell"in prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görülüb V.Mürsəliyev İKT sahəsindəki nailiyyətlərinə görə xüsusi diplomla da mükafatlandırılıb
İKT
31 May , 2016 13:55
Azercellin prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görülüb

Bakı. 31 may. REPORT.AZ/ “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev BMT nəzdində fəaliyyət göstərən, baş ofisi Moskvada yerləşən Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görülüb.

“Report” şirkətə istinadən bildirir ki, V.Mürsəliyev İKT sahəsindəki nailiyyətlərinə görə xüsusi diplomla da mükafatlandırılıb.

“Azercell”in baş ofisində keçirilən görüşdə Beynəlxalq Rabitə Akademiyası Rəyasət Heyətinin üzvü, Akademiyanın Azərbaycan filialının prezidenti, sabiq rabitə naziri Siruz Abbasbəyli V.Mürsəliyevə mükafatı təqdim edib.

S.Abbasbəyli “Azercell”in Azərbaycanın rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açaraq, şirkəti bundan sonra da Azərbaycanın lider mobil operatoru kimi görmək istədiyini vurğulayıb.

V.Mürsəliyev isə öz növbəsində belə bir mükafata layiq görüldüyünə görə Beynəlxalq Rabitə Akademiyasının Rəyasət Heyətinə təşəkkürünü bidlirib.

Qeyd edək ki, V.Mürsəliyev 2015-ci ildə “Azercell”in prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

Son xəbərlər

Orphus sistemi