Yuxarı

​“Azercell”in fakturalı xətt sistemində dəyişiklik olacaq

Sözügedən dəyişiklik iyunun 20-dən tətbiq ediləcək

Bakı. 20 may. REPORT.AZ/ Ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telecom”un fakturalı xətt sistemində dəyişiklik olacaq.

"Report” "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, şirkət bununla bağlı abunəçilərinə xəbərdarlıq edib.

Belə ki, iyunun 20-dən etibarən rouminq xidməti çərçivəsində Böyük Britaniyanın “Everything Everywhere” operatorunun telekommunikasiya şəbəkəsindən istifadə edərkən yeni tariflər tətbiq ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi