Yuxarı

"Azərcell"in bəzi xidmətlərində çətinliklər yarana bilər

Mobil rabitə operatoru abunəçilərinə müraciət edib

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti abunəçilərinə müraciət edib. “Report” xəbər verir ki, müraciət şirkətin təqdim etdiyi bəzi xidmətlərdə yaranacaq çətinliklərlə əlaqədardır.

Müraciətdə deyilir ki, təkmilləşdirmə işləri ilə əlaqədar olaraq aprelin 19-u gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində və əməliyyatların həyata keçirilməsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi