"Azercell" Gəncədə gənc biznes ideyası olan gənclər üçün yeni müsabiqə elan edib

"Azercell" Gəncədə gənc biznes ideyası olan gənclər üçün yeni müsabiqə elan edib Qalib gələn komandalar mükafatlandırılacaqlar
İKT
13 Sentyabr , 2017 18:20
Azercell Gəncədə gənc biznes ideyası olan gənclər üçün yeni müsabiqə elan edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə startaplar üçün daha bir müsabiqəyə start verib. 

"Azercell"dən "Report"a daxil olan məlumata görə, Gəncə şəhərində ilk dəfə təşkil edilən "Ganja Big Idea Competition" ideya müsabiqəsi bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verir. Müsabiqədə iştirak etmək istəyənlər 11 sentyabr - 10 oktyabrda https://goo.gl/forms/gULN8W3glCtEFj5F2 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bütün təqdimatlar qəbul edildikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində "Barama" internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda isə komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər. Komandalar finalda biznes-planla birlikdə təqdimat hazırlamalı və 10 dəqiqə ərzində çıxış edəcəklər. Qalib gələn komandalar 1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu, 2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu və 3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu ilə mükafatlandırılacaqlar.

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edir. "Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startupları "Ganja Big Idea Competition" müsabiqəsinə qatılmağa və arzularını gerçəkləşdirib biznes qurmağa dəvət edir.

Son xəbərlər

Orphus sistemi