Yuxarı
    Bağlamaq

    "Azercell" gələcəkdə tarifləri artıra bilər

    Bu, milli valyutanın cari məzənnəsindən asılı olacaq

    Bakı. 11 noyabr. REPORT.AZ/ Mobil danışıq tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azercell Telecom" MMC-nin rəhbəri Vahid Mürsəliyev deyib.

    V.Mürsəliyevin sözlərinə görə, milli valyutanın gələcək mövqeyi ilə əlaqədar olaraq gələcəkdə tariflərə baxılması mümkündür: "Ötən ilin 10 ayına nisbətən gəlirlərimiz 5% azalıb. Amma bu, vergilərin ödənilməsinə təsir etməyib".

    V.Mürsəliyev deyib ki, şirkət "Mobile finance" xidmətini tətbiq etmək üçün araşdırmalar aparır: "Bilirik ki, abunəçilərimiz bunu gözləyir. Amma hələlik araşdırmalar davam edir. Çünki bu, böyük layihədir və əgər bank xidmətləri göstəriləcəksə, müvafiq qurumlardan icazə alınmalıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi