​“Azercell” fakturalı xətt abunəçiləri üçün kampaniya keçirir

​“Azercell” fakturalı xətt abunəçiləri üçün kampaniya keçirir Abunəçilər "iPhone 6" və "iPhone 6+" telefonu qazana bilərlər
İKT
16 Dekabr , 2015 18:53
​“Azercell” fakturalı xətt abunəçiləri üçün kampaniya keçirir

Bakı. 16 dekabr. REPORT.AZ/ “Azercell” şirkəti fakturalı xətt abunəçiləri üçün xüsusi “Yeni il” kampaniyasına başlayıb. Şirkətdən “Report”a bildirilib ki, kampaniya çərçivəsində bütün mövcud və mobil nömrə daşıma xidməti ilə “Azercell” şəbəkəsinə keçən fakturalı xətt abunəçiləri "iPhone 6" və "iPhone 6+" telefonu əldə edə bilərlər.

Kampaniyadan yararlanmaq üçün abunəçilər “Hədsiz” tarifinə qoşulub "iPhone 6" (16 GB), "iPhone 6" (64 GB) və "iPhone 6+" (64 GB) telefonu almalıdırlar.

Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz” tarif paketi növbəti gündən aktivləşdirilir. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər.

Son xəbərlər

Orphus sistemi