“Azercell” daha dörd ölkədə vahid rominq tarifi tətbiq edəcək

“Azercell” daha dörd ölkədə vahid rominq tarifi tətbiq edəcək ABŞ, Yeni Zelandiya, Kanada, Avstraliyada vahid xidmət haqları olacaq
İKT
18 Fevral , 2017 10:01
“Azercell” daha dörd ölkədə vahid rominq tarifi tətbiq edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ “Azercell Telekom” MMC martın 18-dən ABŞ, Yeni Zelandiya, Kanada, Avstraliyada həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrdə rominq xidmətindən istifadə ilə bağlı rominq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq edəcək.

“Report” bu barədə rəsmi qəzetə istinadən xəbər verir.

Bu ölkələr üzrə istiqamətindən asılı olmayaraq daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,32 manat, bütün istiqamətlərə edilən zəngin bir dəqiqəsinə görə 2 manat ödəniləcək.

Mobil internet xidmətinin hər bir MB görə xidmət haqqı 4 manat müəyyən olunub. İstiqamətlərindən asılı olmayaraq göndərilən hər bir SMS-ə görə xidmət haqqı 0,20 manat olacaq.

Son xəbərlər

Orphus sistemi