Azercell bölgələrdə yaşayanlar üçün yeni limitsiz danışıq və internet paketini təqdim edib

Azercell bölgələrdə yaşayanlar üçün yeni limitsiz danışıq və internet paketini təqdim edib Bakı. 15 avqust. REPORT.AZ/ Ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yüksəksürətli mobil internetdən istifadəni daha əlverişli etmək məqsədilə yeni limitsiz danışıq və internet paketini təqdim edir.
İKT
15 Avqust , 2018 13:20
Azercell bölgələrdə yaşayanlar üçün yeni limitsiz danışıq və internet paketini təqdim edib

Bakı. 15 avqust. REPORT.AZ/ Ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yüksəksürətli mobil internetdən istifadəni daha əlverişli etmək məqsədilə yeni limitsiz danışıq və internet paketini təqdim edir.

"Azercell"dən "Report"a verilən məlumata görə, indi cəmi 0,60 AZN ödəməklə günlük paketə qoşulan abunəçilər 24 saat ərzində limitsiz danışıq və50 MB həcmində mobil internetimkanı əldə edirlər.

Azercell-in təqdim etdiyi bu sərfəli kampaniyaya qoşulmaq üçün regionlarda yaşayan istifadəçilərin START yazıb 2552-ə göndərmələri kifayətdir. Sözügedən paketi aktivləşdirən abunəçi cari günün sonuna qədər limitsiz danışıqdan və internetdən faydalana bilər. Kampaniya çərçivəsində təqdim edilən limtsiz danışıq yalnız şəbəkədaxili zənglərdə istifadə oluna bilər. Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidir. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil.

Azercell Telekom bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və tarif paketləri ilə sevindirməkdə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi