Yuxarı

"Azərcell" bölgələrdə limitsiz danışıq kampaniyasına start verib

Sim-Sim abunəçiləri bölgələrdə limitsiz danışıq paketini gündəlik olaraq 0,25 manata ala bilərlər

Bakı. 16 iyun. REPORT.AZ/ "Azercell Telekom" yay mövsümünün başlaması ilə bölgələrdə yaşayan abunəçiləri üçün yeni və sərfəli kampaniyaya başlayıb.

"Azərcell"dən "Report"a daxil olan məlumata görə, “Bölgələrdə limitsiz danış” kampaniyası ilə indi "Sim-Sim" abunəçiləri bölgələrdə günlük limitsiz danışıq paketini gündəlik olaraq 0,25 AZN müqabilində əldə edə bilərlər. "Azercell"in “Bölgə” tarifinə qoşulmuş abunəçilərinə təqdim etdiyi bu sərfəli kampaniyadan yararlanmaq üçün sadəcə 23 23 nömrəsinə START SMS-ni göndərmək lazımdır. Günlük limitsiz danışıq paketi sifariş olunan günün sonuna qədər istifadə edilə bilər. Kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidir. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil.

“Bölgələrdə Limitsiz danış” kampaniyası ilə "Azercell" 2012-ci ilin martında başladığı regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir. Bir neçə ildir "Azercell"in bölgələrdə yaşayan abunəçiləri üçün sərfəli "Bölgə" tarifi mövcuddur. Belə ki, həmin abunəçilər "Bölgə" tarifinə qoşulmaqla şəbəkədaxili zənglərdə 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı əldə edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi