Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bu gündən etibarən bəzi tarif paketlərinə qoşulmanı dayandıracaq.
“Report” xəbər verir ki, şirkət bunun səbəbinin göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olduğunu deyir.
Bunlar fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri üçün təqdim edilən “GencOL5” və “GencOL10” tarif paketləridir.
Həmin tarif paketlərindən istifadə edən nömrələr isə paketin müvafiq şərtlərindən yararlanmaqda davam edəcək.