"Azercell" bəzi nömrələrə artıq borc yazılması məsələsinə aydınlıq gətirib

"Azercell" bəzi nömrələrə artıq borc yazılması məsələsinə aydınlıq gətirib Rouminqdən istifadə edərkən şəbəkə seçilməsinin qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir
İKT
31 İyul , 2015 01:33
Azercell bəzi nömrələrə artıq borc yazılması məsələsinə aydınlıq gətirib

Bakı. 31 iyul. REPORT.AZ/ "Azercell" bəzi nömrələrə artıq borc yazılması hallarına aydınlıq gətirib. Şirkətdən "Report"a bildiriblər ki, abunəçilər tərəfindən telefonda mobil datanı söndürmədikdə əsasən rouminqdə bu cür hallar baş verir.

Məlumata görə, data (Mobil İnternet) xidmətindən istifadəni cihazın menyusu vasitəsilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür.

Qeyd olunur ki, “Azercell Telekom” MMC təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə zamanı istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rouminq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi ilə bağlı öhdəlik götürməyib.

"Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, SMS sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət olunması, həmçinin rouminqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsinin qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir", - şirkətdən bildiriblər.

Qeyd edək ki, bu günlərdə “Azercell”in rəhbərliyi ilə KİV redaktorları arasında görüş keçirilib. Tədbirdə “Azercell”in bəzi nömrələrə artıq borc yazması hallarının müşahidə olunduğu vurğulanıb, bu halın Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) qarşı da baş verdiyi bildirilib. Belə ki, KİVDF-yə məxsus “Azercell” nömrələrinə iki ay 250 manat (ümumilikdə 500 manat) artıq borc yazıldığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi