"Azercell" beynəlxalq zənglərə 20%-lik endirimi ləğv edir

"Azercell" beynəlxalq zənglərə 20%-lik endirimi ləğv edir "5 il bizimlə" proqramı iştirakçılarına sentyabrın 7-dən öz tarif paketlərinin müvafiq tarifləri tətbiq olunacaq
İKT
29 Avqust , 2016 10:38
Azercell beynəlxalq zənglərə 20%-lik endirimi ləğv edir

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin “5 il bizimlə” proqramı çərçivəsində beynəlxalq zənglərə görə tətbiq etdiyi 20% endirim sentyabrın 7-dən etibarən ləğv edilir.

“Report” xəbər verir ki, bu barədə “Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilir.

Bundan sonra “5 il bizimlə” proqramı iştirakçılarına beynəlxalq zəglərə görə aid olduqları tarif paketlərinin müvafiq tarifləri tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi