"Azercell" baza stansiyalarının sayını artırır

"Azercell" baza stansiyalarının sayını artırır Hazırda ölkədə "Azercell"in 2796 sayda 2G, 2141 sayda 3G və 274 sayda 4G baza stansiyası var
İKT
30 Mart , 2017 20:18
Azercell baza stansiyalarının sayını artırır

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telecom” MMC abunəçilərinin rahatlığı və yaxınları ilə hər zaman keyfiyyətli əlaqə qurması üçün baza stansiyalarının sayını artırmaqda davam edir.

Şirkətdən "Report"a bildirilib ki, hazırda ölkə ərazisində "Azercell"in 2796 sayda 2G, 2141 sayda 3G və 274 sayda 4G baza stansiyası mövcuddur. 

Bundan əlavə, şirkət tərəfindən 1894 baza stansiyanın fəaliyyəti gücləndirilib. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün şəbəkəsini təkmilləşdirən şirkət toplam 5211 baza stansiyası ilə fəaliyyət göstərir. Baza stansiyalarının sayının artırılması "Azercell"in həm səs xidmətləri, həm də sürətlə artan mobil data üçün daha güvənli və yüksək tutumlu şəbəkəyə sahib olması deməkdir. Son illər ərzində "Azercell" yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib.

Qeyd edək ki, şirkət regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün "Azercell" ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. Bu gün üçün MMC-nin təqdim etdiyi mobil internetin 4G şəbəkəsini 84,1 % gücləndirib, nəticədə şirkət müştəriləri arasında mobil internetdən istifadə həcmi son il ərzində 14 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi