Yuxarı

"Azercell" “Asan İmza” sertifikatının yenilənməsi prosedurunu asanlaşdırıb

Bunun üçün Azercell müştəri xidmətləri mərkəzlərinə, eləcə də Azercell Ekspres ofislərinə müraciət etmək olar

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanda “Asan İmza” sertifikatları və nömrələrini yeniləməyə ehtiyac yaranıb. 

"Azercell"dən "Report"a verilən məlumata görə, “Asan İmza” xidmətindən davamlı şəkildə yararlanmaq üçün xidmətdən istifadə müddətinin növbəti 3 illik müddətə artırılması və sertifikatların yenilənməsi tələb olunur.

Vətəndaşlar “Asan İmza” xidmətinin müddətini artırmaq üçün "Azercell" müştəri xidmətləri mərkəzlərinə, eləcə də, "Azercell Ekspres" ofislərinə müraciət edə bilərlər. "Azercell" həmişə olduğu kimi bu xidmətdə də asan prosedur təklif edir. “Asan İmza” sahibi “Azercell” müştəri xidmətlərində yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə yeni SİM kart əldə edir və müvafiq ödəniş müqabilində yenidən xidmətə qoşulur. Daha sonra isə yeni sertifikatı əldə etmək üçün “ASAN xidmət” mərkəzlərinə və ya Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etmək lazımdır.

Qeyd edək ki, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün xidmətin 3 illik qiyməti 18 AZN, yeni SİM kartın təqdim olunması 3.54 AZN təşkil edir. "Asan İmza" SIM-kartı həm mövcud, həm də yeni nömrələrdə fəaliyyət göstərə bilər. Digər tərəfdən, "Azercell" fakturalı xətt sistemlərinə aid nömrələrlə yanaşı, fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrin abunəçiləri də “Asan İmza” xidmətinə qoşula bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi