"Azercell" abunəçilərinə xəbərdarlıq edib

"Azercell" abunəçilərinə xəbərdarlıq edib Aprelin 18-də şirkətin bəzi xidmətlərində çətinliklər yarana bilər
İKT
17 Aprel , 2017 09:13
Azercell abunəçilərinə xəbərdarlıq edib

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı müştərilərinə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aprelin 18-də şirkətdə təkmilləşdirmə işləri aparılacaq.

Bununla bağlı olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Son xəbərlər

Orphus sistemi