Yuxarı
    Bağlamaq

    "Azercell" abunəçilərinə xəbərdarlıq edib

    Aprelin 4-də şirkətin bəzi xidmətlərində problemlər yarana bilər© Report

    Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı müştərilərinə xəbərdarlıq edib.

    “Report” xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

    Məlumata görə, göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aprelin 4-də təkmilləşdirmə işləri aparılacaq.

    "Bununla əlaqədar olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür", - deyə şirkətdən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi