"Azercell" abunəçilərinə xəbərdarlıq edib

"Azercell" abunəçilərinə xəbərdarlıq edib Sabah mobil operatorun bəzi xidmətlərinin istifadəsində çətinliklər yarana bilər
İKT
20 Aprel , 2017 09:03
Azercell abunəçilərinə xəbərdarlıq edib

Bakı. 20 aprel. REPORT.AZ/ Sabah axşam saatlarında "Azercell Telekom" MMC-nin bəzi xidmətlərinin istifadəsində müvəqqəti çətinliklər yarana bilər.

"Report"un məlumatına görə, bu barədə şirkətin rəsmi mətbuatdakı açıqlamasında bildirilir. 

"Göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar aprelin 21-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür", - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi