“Azercell” abunəçilərinə 100 dəqiqə danışıq hədiyyə edəcək

“Azercell” abunəçilərinə 100 dəqiqə danışıq hədiyyə edəcək Bakı. 1 mart. REPORT.AZ/ “Azercell Telekom” MMC yeni kampaniya keçirir. 
İKT
1 Mart , 2018 17:37
“Azercell” abunəçilərinə 100 dəqiqə danışıq hədiyyə edəcək

Bakı. 1 mart. REPORT.AZ/ “Azercell Telekom” MMC yeni kampaniya keçirir. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu gündən "Azercell"in eksklüziv mağazalarında istənilən aylıq internet paketlərə, tarif paketlərə (GencOL, Hədsiz, Hedsiz Zəng, Hədsiz İnternet, Kombo, Biznes 200) qoşulan və yaxud istənilən telefon modeli və ya aksesuar əldə edən abunəçilərə şəbəkədaxili 100 dəqiqə danışıq hədiyyə ediləcək.

Qeyd edək ki, “Azercell”in eksklüziv mağazaları Bakının mərkəzində (Bülbül prospekti, 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Mərdəkan qəsəbəsində (Sergey Yesenin küçəsi, 92/2, mənzil 30), Xırdalan şəhərində (Heydər Əliyev prospekti, Mehdi Hüseyn küçəsi, 54), Xaçmaz şəhərində (Nəriman Nərimanov küçəsi, 40) və Quba şəhərində (Heydər Əliyev prospekti, 194) abunəçilərin ixtiyarına verilib.

Müasir avadanlıqla təchiz olunaraq yeni nordik konsepsiyasına uyğun bu mağazalarda abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilirlər. Eyni zamanda abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuraları, cihazları, mobil telefonları kredit və nağd şəkildə əldə etmək imkanı qazanırlar.

Son xəbərlər

Orphus sistemi