​"Azercell" abunəçiləri SMS-lərini idarə edə biləcək

​"Azercell" abunəçiləri SMS-lərini idarə edə biləcək Şirkət abunəçilərə SMS-lərdən istifadə və ya imtina etmək imkanı verir
İKT
23 Dekabr , 2015 18:01
​Azercell abunəçiləri SMS-lərini idarə edə biləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ “Azercell Telecom” MMC abunəçiləri reklam/məlumat xarakterli SMS-lərdən istifadə və ya imtina etmə imkanı verir.

Şirkətdən “Report”a bildirilib ki, abunəçilərə müştərisi olduğu mağazalar şəbəkəsi, bank və ya digər müəssislərdən onların xidmətləri haqqında SMS-lər göndərilməsi halları mümkündür. Abunəçilərə adətən müvafiq məzmunlu SMS almaq istəmədiyi halda müştərisi olduğu mağazalar şəbəkəsinə və ya banklara müraciət etmək tövsiyə edilir. Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən reklam/məlumat xarakterli SMS-lərindən imtina etmək üçün “STOP” sözünü 5010 qısa nömrəsinə göndərməklə (ödənişsiz) müxtəlif məzmun təminatçısı olan təşkilatların göndərdikləri reklam/məlumat xarakterli SMS-lərin alınmasından imtina edilə bilər.

“Azercell” abunəçiləri üçün müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən SMS-ləri süzgəcdən keçirmək, məhz arzu etdiyi SMS-lərin qəbul edilməsinə imkan yaradacaq. Belə ki, abunəçilər yalnız onları maraqladıran brendlərdən ibarət olan siyahı hazırlaya bilər. Bunun üçün hər bir abunəçi maraqlandığı brendin adını 5010 qısa nömrəsinə göndərməlidir. Siyahının ləğv edilib bütün reklam/məlumat xarakterli SMS-lərin qəbulunu yenidən bərpa etmək üçün abunəçi “START” sözünü 5010 qısa nömrəsinə yazıb göndərə bilər.

Son xəbərlər

Orphus sistemi