"Azercell" abunəçiləri daha 12 ölkədə vahid rominq tariflərindən yaralanacaqlar

"Azercell" abunəçiləri daha 12 ölkədə vahid rominq tariflərindən yaralanacaqlar "Azercell"in təqdim etdiyi vahid rominq tariflərindən 30 ölkədə yararlanmaq olur
İKT
26 Oktyabr , 2016 19:58
Azercell abunəçiləri daha 12 ölkədə vahid rominq tariflərindən yaralanacaqlar

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin həm fakturalı xətt, həm də fakturasız ("SimSim") xətt abunəçiləri oktyabrın 24-dən etibarən daha 12 ölkədə vahid rominq tariflərindən yaralana bilərlər.

Şirkətdən “Report”a bildirilib ki, indi Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya kimi ölkələrdə “Azercell”lilər daxil olan zəngin 1 dəqiqəsinə 0,32 manat, bütün istiqamətlərə edilən zəngin 1 dəqiqəsinə görə isə 1,5 manat ödəyəcəklər. Göndərilən 1 sms-in qiyməti isə 0,2 manat dəyərində müəyyən olunub.

Tətbiq olunan vahid rominq qiyməti abunəçinin vaxtında məlumat əldə etməməsi, cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən şəbəkənin seçilməsi ehtimalını aradan qaldırır. 

“Azercell”in təqdim etdiyi vahid rominq tariflərindən 30 ölkədə yararlanmaq olur. Mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür.

  1. Ölkə
  1. Daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı, AZN
  1. Bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı, AZN
  1. Mobil Internet xidmətinin hər bir MB görə xidmət haqqı, AZN
  1. Göndərilən hər bir SMS-ə görə xidmət haqqı, AZN
Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya
  1. 0.32
  1. 1.5
  1. 3.5
  1. 0.2

Qeyd edək ki, rominqdə olan “Azercell” fakturalı və "SimSim" abunəçiləri “Telefon Mərkəzi”nə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Eyni zamanda “Azercell” fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da, bütün şirkət abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bilirlər.

Son xəbərlər

Orphus sistemi