Yuxarı

​“Azercell” abunəçiləri 55 məkanda 50%-ə qədər endirim əldə edəcəklər

Şirkətin “Genc Ol” tarif paketinin endirimlərinin sayı artmaqda davam edir

Bakı. 7 mart. REPORT.AZ/ “Azercell”in “Gənc Ol” tarif paketinə qoşulan abunəçilər daha 21 məkanda (restoranlar, magazalar, fitnes, Təhsil, Əyləncə mərkəzləri və s.) 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar. Şirkətin mətbuat xidmətindən “Report”a bildirilib ki, kampaniya çərçivəsində abunəçilər 55 fərqli məkanda müxtəlif endirimlərdən istifadə edə bilərlər.

Adı Endirim növü
Papa John's 20% endirim
LC Waikiki 10% endirim
Bakı Tenis Akademiyası 33%-dək endirim
Olimpik Star Karaoke 50% endirim, boulinq 1+1
Lilac 10% endirim
Büyükfırat Xüsusi menyu (30% endirimlə)
Segafredo Zanetti 1 qəhvə alana 2-cisi PULSUZ
Villa Pizza 20% endirim, 1 stromboli alana 2-cisi hədiyyə
Universe 20% endirim
Chef's Chicken Xüsusi menyu 60%-dək endirimlə
STİ Travel 10% endirim
Traveler's Coffee Çizkeyk alana içki pulsuz
Park Bulvar "Sports Cafe" Əyləncədə 15% -dən başlayaraq 25% - dək endirim, 20% - dən başlayaraq 30%-dək xüsusi endirimli menyular
Kitabevim.az 10% endirim
AV Cafe 25% endirim
Bayquş Сoffee 20% endirim
La Creperie Krep alana isti içki hədiyyə
Tarhun Xəngəl alana 2-si hədiyyə
AZ Cake Şirniyyat alana çay hədiyyə
Bubble Waffle cafe 15% endirim
The Fresh Tea Shop Xüsusi menyu 46%-dək endirimlə

Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Onu da əlavə edək ki, bütün “Azercell” abunəçiləri “Genc Ol” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.

“Azercell”in qeyd olunan paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər.

Qeyd edək ki, “Genc Ol” endirimlərinin sayı artmaqda davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi