Yuxarı

​“Azercell” abunəçilərə xəbərdarlıq edib

Avqustun 2-də şirkətin xidmətlərində çətinliklər yaranacaq

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin avqustun 2-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində və əməliyyatların həyata keçirilməsində müvəqqəti çətinliklər yarana bilər.

“Report” xəbər verir ki, bu barədə “Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilib.

Şirkətin xidmətlərində çətinliklərin yaranmasına səbəb təkmilləşdirmə işləri ilə bağlıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi