"Azercell" abunəçilərə avtomobil parklamasında kömək edəcək

"Azercell" abunəçilərə avtomobil parklamasında kömək edəcək Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan Azercell Telecom şirkəti abunəçilərinə avtomobil park etməkdə kömək göstərən xüsusi xidmət istifadəyə verib.
İKT
6 Dekabr , 2017 12:52
Azercell abunəçilərə avtomobil parklamasında kömək edəcək
Report

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti abunəçilərinə avtomobil park etməkdə kömək göstərən xüsusi xidmət istifadəyə verib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin prezidenti Vahid Mürsəliyev məlumat verib.

V.Mürsəliyevin sözlərinə görə, bu xidmət "cloud" texnologiyası əsasında fəaliyyət göstərəcək: "Bu xidmət abunəçiyə bəzi parklama yerlərində boş yeri rezerv etməyə imkan verir, yaxud rezerv edilmiş yerlər haqqında məlumat almağa imkan yaradır".

"Azercell" prezidenti "Asan İmza" çərçivəsində alınan nömrələrin 3 ildən sonra yenidən abunəçiyə satılması ilə bağlı məsələlərə yenidən baxacaqlarını da deyib: "Bilirsiz ki, bu, bir dövlət layihəsidir. Təkcə bizimlə bağlı olan məsələ deyil. Lakin biz bu məsələni aidiyyəti qurumlarla müzakirə edəcəyik".

Son xəbərlər

Orphus sistemi