"Azercell" abunəçilər üçün yeni kampaniyaya start verib

"Azercell" abunəçilər üçün yeni kampaniyaya start verib "1001 Smartfon" kampaniyası çərçivəsində smartfon və qol saatı əldə etmək olar
İKT
12 May , 2017 15:08
Azercell abunəçilər üçün yeni kampaniyaya start verib

Bakı. 12 may. REPORT.AZ/ "Azercell Telekom" MMC abunəçiləri üçün daha bir kampaniyaya başlayıb. "Azercell"dən "Report"a daxil olan məlumata görə, "Azercell" abunəçiləri "1001 Smartfon" kampaniyası çərçivəsində "LG Flex 2" telefonunu və əlavə olaraq, "LG" qol saatını hədiyyə olaraq əldə edə biləcəklər.

Ayda cəmi 45 manat ödəməklə abunəçilər 4G-ni dəstəkləyən smartfonlarını, hər ay 5 GB internet hədiyyə və ölkə daxilində zəng etmək (0,06 manat/dəq.) imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Qeyd edək ki, "Azercell" "1001 Smartfon" kampaniyası çərçivəsində güzəştli təkliflərini yay boyunca davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi