Yuxarı
    Bağlamaq

    “Azərcell” abonentlərinə xəbərdarlıq edib

    Martın 4-ü gecə saatlarında bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür

    Bakı. 3 mart. REPORT.AZ/ “Azercell Telecom” MMC bəzi xidmətlərində müəyyən çətinliklərin yaranacağı ilə bağlı abunəçilərinə xəbərdarlıq edib. “Report” xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

    Məlumata görə, şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə martın 4-də təkmilləşdirmə işləri aparılacaq.

    Qurum bəyan edir ki, bununla əlaqədar həmin gün gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi