Azərbaycanlının həmtəsisçi olduğu startap 7 mln. dollar investisiya cəlb etmək istəyir

Azərbaycanlının həmtəsisçi olduğu startap 7 mln. dollar investisiya cəlb etmək istəyir “Bildiyiniz kimi, biz ötən ilin sonunda Azərbaycanda ilk dəfə olaraq sahibkarlar üçün “blockchain as service base” platformasının açılışını etdik. Bu gün iki startap həmin platforma üzərində tədqiqat aparır”.
İKT
2 May , 2019 09:28
Azərbaycanlının həmtəsisçi olduğu startap 7 mln. dollar investisiya cəlb etmək istəyir

“Bildiyiniz kimi, biz ötən ilin sonunda Azərbaycanda ilk dəfə olaraq sahibkarlar üçün “blockchain as service base” platformasının açılışını etdik. Bu gün iki startap həmin platforma üzərində tədqiqat aparır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) direktoru Tural Kərimli deyib.

Onun sözlərinə görə, azərbaycanlının həmtəsisçi olduğu və bu texnologiya üzrə işləyən "IOWNIT" startapı 7 mln. dollar investisiya cəlb etmək niyyətindədir: “Həmyerlimizin həmtəsisçisi olduğu startap Amerikada blokçeyn üzərində investisiyaların təşviqi, izlənməsi və cəlb edilməsi işləri aparıblar. Artıq 3 mln. dollar investisiya cəlb edə biliblər, növbəti mərhələ üçün də 4 mln. dollarlıq investisiya cəlbinə dair danışıqlar aparırlar. Artıq danışıqlar yekunlaşmaq üzrədir".

Bundan başqa, T.Kərimli qeyd edib ki, Azərbaycanda kriptovalyutalar blokçeyn texnologiyası ilə eyniləşdirilir: "Mən kriptovalyuta məsələsinə bir qədər skeptik yanaşıram. Təəssüflər olsun ki, Azərbaycanda kriptovalyuta sözü blokçeyn kimi assosiasiya olunur. Halbuki, kriptovalyuta blokçeyn platformasında işləyən bir alətdir".

Son xəbərlər

Orphus sistemi