Yuxarı

Azərbaycanla Belarus informasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasını müzakirə edib

Bundan başqa, Azərbaycan və Belarus Yüksək Texnologiyalar Parklarının əməkdaşlığı nəzərdən keçirilib

Bakı. 1 aprel. REPORT.AZ/ "Biz səfər zamanı Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə ətraflı müzakirələr apardıq. Səfərdə əməkdaşlığın müxtəlif aspektləri, əldə etdiyimiz nəticələr və gələcək perspektivlər müzakirə mövzusu olub".

"Report" xəbər verir ki, bunu Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov Bakıda jurnalistlərə səfərinin məqsədini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, ilk növbədə informasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib: "Eyni zamanda, peyk rabitəsinin yaradılması müzakirə edildi. Bundan başqa, Azərbaycan və Belarus Yüksək Texnologiyalar Parklarının əməkdaşlığı nəzərdən keçirilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi