Yuxarı

​Azərbaycanın Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim keçiriləcək

Təlim kursları İrlandiyanın Digital Marketing Institute təhsil müəssisəsi tərəfindən təşkil olunacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim kursları keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq təşkil edilən bu təlimlər "Professional Diploma in Digital Marketing" adlanır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildiriblər ki, təlimlər fevral ayının 13-də başlayacaq və 10 həftə davam edəcək. Kursları müvəfəqiyyətlə bitirən iştirakçılara Avropanın Kvalifikasiya və Akkreditasiya Sisteminin 5-ci pilləsinə uyğun olan nüfuzlu "Digital Marketing Institute" sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, beynəlxalq təlim kursları İrlandiyanın "Digital Marketing Institute" təhsil müəssisəsinin Azərbaycan üzrə rəsmi təhsil tərəfdaşı olan "DMI Azerbaijan"ın təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi