Azərbaycanın uşaq paralimpiyaçıları boccia üzrə beynəlxalq yarışa hazırlaşır

Azərbaycanın uşaq paralimpiyaçıları boccia üzrə beynəlxalq yarışa hazırlaşır İdmançılara “Azercell Telekom” dəstək verir
İKT
19 Avqust , 2017 12:13
Azərbaycanın uşaq paralimpiyaçıları boccia üzrə beynəlxalq yarışa hazırlaşır

Bakı. 19 avqust. REPORT.AZ/ “Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsində müxtəlif idman yarışları üzrə beynəlxalq turnirlərdə iştirak edən və kifayət qədər qələbə qazanan Azərbaycan paralimpiyaçıları daha bir yarışa hazırlaşır.

Şirkətdən “Report”a verilən məlumata görə, bu dəfə boccia idman növü üzrə iki idmançı ilk dəfə olaraq beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.

4-9 sentyabr tarixlərində Moskvada (Rusiya) keçiriləcək turnirdə İngiltərə və Polşa kimi favorit sayılan ölkələr də iştirak edəcək.

Qeyd edək ki, “Azercell” Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmağa çalışır. Şirkətin dəstəyi ilə 2014-cü ildən fəaliyyət göstərən komitə Azərbaycanın müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb, onlara idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı verib.

Ümumilikdə “Azercell” Azərbaycanda fəaliyyət göstərdiyi 21 il ərzində kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi üçün çalışıb, bundan sonra da öz diqqət və qayğısını əsirgəməyəcək.

Xatırladaq ki, Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı “Azercell Telekom” 1996-cı ildə təsis edilib. Mobil rabitə bazarındakı payı 48% olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər “Azercell”in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən, “Azercell” şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Son xəbərlər

Orphus sistemi