Azərbaycanın rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb

Azərbaycanın rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb Rəqəmsal taxoqraf sisteminə dair siyasətin tətbiq edilməsi ilə bağlı Avropa Əsas Sertifikatlaşdırma Orqanının (ERCA) növbəti sessiyasında Azərbaycanın birinci nəsil rəqəmsal taxoqraf aparatları üçün Milli Açarlarının təhvil alınması və Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinə (PWPW) təhvil verilməsi məqsədilə İtaliyanın İspra və Polşanın Varşava şəhərlərində görüş keçirilib.
İKT
15 May , 2019 17:01
Azərbaycanın rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb

"Rəqəmsal taxoqraf sisteminə dair siyasət"in tətbiq edilməsi ilə bağlı Avropa Əsas Sertifikatlaşdırma Orqanının (ERCA) növbəti sessiyasında Azərbaycanın birinci nəsil rəqəmsal taxoqraf aparatları üçün Milli Açarlarının təhvil alınması və Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinə (PWPW) təhvil verilməsi məqsədilə İtaliyanın İspra və Polşanın Varşava şəhərlərində görüş keçirilib.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib. 

Məlumata görə, tədbirdə xidmətin nümayəndələri də iştirak edib. Avropa Əsas Sertifikatlaşdırma Orqanının İspra şəhərində keçirilmiş növbəti sessiyasında bu təşkilatın mövcud prosedur qaydalarına uyğun olaraq Azərbaycanın rəqəmsal taxoqraf sisteminin tətbiqi ilə bağlı Milli Açarları sertifikatlaşdırılıb.

Görüş zamanı beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarətinin təşkili sahəsində ikinci nəsil "smart taxoqraf"ların (Generation-2 Smart Tachograph) tətbiqi və bununla əlaqədar Azərbaycanın Rəqəmsal Taxoqraf Sistemində tələb olunan zəruri dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, bununla əlaqədar fabrikin nümayəndələri müvafiq tədbirlər görüldükdən sonra Azərbaycan tərəfini məlumatlandıracaqlar.

Eyni zamanda Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar" barədə fabrikin nümayəndələrinə məlumat verilib və bu qaydalardan irəli gələn müvafiq rəqəmsal taxoqraf sisteminin yaradılması məsələləri müzakirə olunub.

Görüşün sonunda bağlanmış müqaviləyə əsasən, Polşanın Qiymətli Kağızlar İstehsalı Fabrikinin səlahiyyətli şəxslərinə Varşavada Azərbaycanın Milli Açarları təhvil verilib.

Son xəbərlər

Orphus sistemi