​Azərbaycanın rabitə xidmətləri bazarı bu il 11% artıb

​Azərbaycanın rabitə xidmətləri bazarı bu il 11% artıb Bu sahədə əldə edilən gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb
İKT
17 May , 2016 18:54
​Azərbaycanın rabitə xidmətləri bazarı bu il 11% artıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 514,9 mln. manatlıq xidmətlərin 71,8%-i əhali sektoruna aid olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin 4 ayında informasiya və rabitə xidmətlərinin həcmi 11% artıb.

Bu sahədə əldə edilən gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi