Azərbaycanın rabitə xidmətləri bazarı 5% artıb

Azərbaycanın rabitə xidmətləri bazarı 5% artıb İnformasiya və rabitə xidmətlərindən əldə edilən gəlirin təxminən 50%-i mobil rabitə sektorunun payına düşür
İKT
15 Avqust , 2017 15:35
Azərbaycanın rabitə xidmətləri bazarı 5% artıb
Report

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən istehlakçılara 958,2 mln. manatlıq xidmət göstərib. Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumata görə, onun da 72,0%-i əhali tərəfindən istehlak olunub. 

"2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,0%-i qeyri-dövlət sektorunun payına düşüb", - deyə məlumatda qeyd edilib.

Xidmətlərdən əldə edilən gəlirin 49,8%-i və ya 477,0 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi