Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Rusiyada beynəlxalq toplantıda iştirak edəcək

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Rusiyada beynəlxalq toplantıda iştirak edəcək Həmçinin nazir Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin icrası ilə bağlı danışıqlar aparacaq
İKT
7 May , 2015 14:45
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Rusiyada beynəlxalq toplantıda iştirak edəcək

Bakı. 7 may. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 8-9-da Moskvada (Rusiya) MDB-nin rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci və MDB-nin Əlaqələndirmə Şurasının 21-ci birgə Nazirlər Toplantısında iştirak edəcək.

“Report” Nazirliyə istinadən bildirir ki, səfər çərçivəsində Ə.Abbasov MDB ölkələrinin rabitə nazirləri üçün təşkil olunan nümayəndə heyəti ilə birlikdə mayın 9-da keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunan hərbi paradda, eyni zamanda rabitəçi-hərbçi hissələrin veteranlarla görüşündə iştirak edəcək.

Rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin inkişafı və daha da genişləndirilməsi məqsədilə nazir Əli Abbasov Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistanın sahə nazirləri ilə də ikitərəfli görüşlər keçirəcək, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin icrası ilə bağlı danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi