Azərbaycanın rabitə sektoru təxminən 6% artıb

Azərbaycanın rabitə sektoru təxminən 6% artıb Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1 552,9 mln. manatlıq xidmət göstərilib ki, bunun da 72,6%-i əhali tərəfindən istehlak olunub.
İKT
16 Dekabr , 2017 15:23
Azərbaycanın rabitə sektoru təxminən 6% artıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1 552,9 mln. manatlıq xidmət göstərilib ki, bunun da 72,6%-i əhali tərəfindən istehlak olunub.

“Report"un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i və ya 779,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi