Azərbaycanın mobil operatorunun şəbəkəsində problem yaranıb

Azərbaycanın mobil operatorunun şəbəkəsində problem yaranıb “Azercell Telecom”: "Hazırda texniki şöbə tərəfindən dalğa şəbəkəsində problem yaranan ərazilərin dəqiqləşdirilməsi işləri aparılır”
İKT
15 Yanvar , 2016 17:40
Azərbaycanın mobil operatorunun şəbəkəsində problem yaranıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün günorta saat 14:20-dən 15:00-ə qədər Bakının şərq istiqamətindəki ərazilərdə "Azercell"in SMS və səsli zəng xidmətlərində texniki nasazlıqlar yaranıb.

“Azercell Telecom”dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, şirkətin şəbəkəsində dalğa problemi yaranıb: “Artıq nasazlıq aradan qaldırılıb. Nasazlıq baş verən rayonların adları dəqiqləşdirildikdən sonra ətraflı məlumat veriləcək. Hazırda texniki şöbə tərəfindən dalğa şəbəkəsində problem yaranan ərazilərin dəqiqləşdirilməsi işləri aparılır”. 

Son xəbərlər

Orphus sistemi