Azərbaycanın informasiya və rabitə xidmətlərindən əldə etdiyi gəlirin məbləği açıqlanıb

Azərbaycanın informasiya və rabitə xidmətlərindən əldə etdiyi gəlirin məbləği açıqlanıb Gəlirin 505,2 milyon manatı mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib
İKT
15 Avqust , 2015 10:55
Azərbaycanın informasiya və rabitə xidmətlərindən əldə etdiyi gəlirin məbləği açıqlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ölkədə hesabat dövründə 937,2 milyon manatlıq informasiya və rabitə xidməti göstərilib.

İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,6 faiz düşüb.

Yeddi ay ərzində xidmətlərdən qazanılan gəlirin 53,9 faizi, yəni 505,2 milyon manatı mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. 

Son xəbərlər

Orphus sistemi