Yuxarı

Azərbaycanın ikinci peykini orbitə "Arianespace" şirkəti çıxaracaq

İkinci telekommunikasiya peyki proqramının dəyəri 191,4 mln. dollar təşkil edir

Bakı. 1 dekabr. REPORT. AZ/ Azərbaycanın ikinci telekommunikasiya peykini geostasionar orbitə Fransanın "Arianespace" şirkəti çaxıracaq. "Report" xəbər verir ki, bunu Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. 

Onun sözlərinə görə, bununla bağlı dekabrın 2-də Bakıda işə başlayacaq "Bakutel-2015" beynəlxalq sərgi-konfransı çərçivəsində sənədin imzalanacağı gözlənilir. 

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur. 

Xatırladaq ki, Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 mln. ABŞ dolları təşkil edəcək. Bu vəsait “Azerspace-2/Intelsat 38” ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının alınmasına sərf ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi