Yuxarı
    Bağlamaq

    Azərbaycan BMT-nin "e-Hökumətin İnkişaf İndeksi" reytinqində 12 pillə yüksəlib

    Ölkə 68-ci yerdən 56-cı sıraya qalxıb

    Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan  BMT-nin ənənəvi olaraq iki ildən bir nəşr etdiyi “E-Government Survey 2016” adlı hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib. 

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildirilib ki, hesabatın builki nəşrində “Elektron Hökumətin İnkişaf İndeksi” (EGDI) və “Elektron-İştirak İndeksi” üzrə BMT-nin 193 üzv ölkəsinin reytinqi müəyyənləşdirilib.

    Hesabatda “e-Hökumətin İnkişaf İndeksi” üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə (çox yüksək, yüksək, orta, zəif) təsnifləşdirilib.

    “e-Hökumət İnkişaf İndeksi” (EGDI) üzrə Azərbaycan “yüksək” EGDI ölkələr qrupuna daxil edilib. EGDI qrupunda dünya ölkələri arasında Böyük Britaniya liderlik edir. 

    Əvvəlki hesabatda lider olan Cənubi Koreya bu hesabatda 3-cü yerdə mövqe tutub. “e-Hökumət İnkişaf İndeksi” üzrə 2-ci yerin sahibi Avstraliya olub.

    Reytinq cədvəlində xeyli irəliləyən Azərbaycan MDB regionunda əvvəlki hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib.

    “e-Hökumət İnkişaf İndeksi”nin hesablanması zamanı 3 komponent əsas götürülür: onlayn xidmət sub-indeksi, telekommunikasiya infrastrukturu sub-indeksi, insan kapitalı sub-indeksi.

    BMT-nin sözügedən hesabatında göstərilən ikinci əsas indeksi “e-İştirak İndeksi”dir (e-Participation). Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.

    Ölkə həm də bu göstərici üzrə MDB dövlətləri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlib.

    Həmçinin, məcmuədə “e-İştirak İndeksi” üzrə ən yaxşı performans göstərən Top-50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəriciləri əsasında hesablanır.

    Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsində “e-İştirak İndeksi” üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan C.Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi