Azərbaycandan 3 startap oktyabrda Kiprdə keçiriləcək beynəlxalq finalda iştirak hüququ qazanıb

Azərbaycandan 3 startap oktyabrda Kiprdə keçiriləcək beynəlxalq finalda iştirak hüququ qazanıb Dünya finalında ilk 10 yeri tutan startap layihəsinə üç mərhələdə 95 min avro maliyyə ayrılacaq
İKT
16 Avqust , 2017 12:38
Azərbaycandan 3 startap oktyabrda Kiprdə keçiriləcək beynəlxalq finalda iştirak hüququ qazanıb

Bakı. 16 avqust. REPORT.AZ/ "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə reallaşan dünyanın ən geniş “Cleantech” müsabiqəsi - "ClimateLaunchpad"in final mərhələsi keçirilib. "Azercell"dən "Report"a daxil olan məlumata görə, Azərbaycanın ilk dəfə qoşulduğu “ClimateLaunchpad” müsabiqəsində iştirak edən 13 startap komandası ölkə finalında qalib olmaq uğrunda mübarizə aparıb. Qalib 3 komanda bu il oktyabrın 17-18-də Kiprin Limasol şəhərində keçiriləcək beynəlxalq finalda ölkəni təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, müsabiqədə I yeri "Co2atalyser" (http://co2atalyser.com/), II yeri  "EMWAES" və III yeri "Sh2ower" (www.sh2ower.com) komandası tutub/

“Audience Favorite Startup”, yəni izləyicilərin favorit startapı nominasiyası üzrə iki 14 yaşlı gəncin “Rainergy” adlı layihəsi qalib olub. Bundan əlavə, layihə çərçivəsində aylardır göstərdiyi əvəzsiz dəstəyə görə Leyla Tağızadə “Social Innovation Lab” tərəfindən “Woman Philanthropist of the Year Award 2017” mükafatı ilə təltif edilib.

May ayından etibarən Azərbaycandan seçilən 13 komandaya intensiv təlim proqramları təşkil edilib. Təlim proqramları "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəyə proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Vesterhof və yerli təlimçilər tərəfindən keçirilib. Təlim zamanı iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrəniblər. İki günlük bootcamp bitdikdən sonra komandalar 14 həftəlik ölkədaxili koçinq sessiyalarına başlayıblar. Burada komandalar yerli ekspertlər tərəfindən "ClimateLaunchpad"ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyərək, özlərini ölkə finalına hazırlayıblar.

Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Dünya finalında I yer 10 000, II yer 5 000 və III yer sahibləri 2 500 avro pul mükafatı ilə təltif olunacaq. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük biznesə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar. Akselerator proqramında hər bir layihəyə 3 mərhələdə 95 000 avro maliyyə dəstəyi verilir.

Bu ilin qalib ölkəsi növbəti il "Grand Finale"a ev sahibliyi edəcək. 

İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq platforma “Climate-KIC” proqramı 2010-cu ildə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb. "ClimateLaunchpad" proqramın Azərbaycan üzrə rəsmi təşkilatçısı "Social Innovation Lab", Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (qızıl sponsor), "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə keçirlilir. Layihəyə "SUP Accelerator", "Next Step" İnnovasiya Mərkəzi, "Global Startup Hub", Bakı Mühəndislik Universiteti Texnoparkı və "Youth Inc." Biznes İnkubasiya Mərkəzi də dəstək verir.

Son xəbərlər

Orphus sistemi