Azərbaycanda zərərverici fişinq tətbiqlərin hücumlarının faizi MDB məkanında ən aşağı sıralardadır

Azərbaycanda zərərverici fişinq tətbiqlərin hücumlarının faizi MDB məkanında ən aşağı sıralardadır Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan istifadəçiləri cari ildə MDB məkanında fişinq proqramların hücumu ilə ən az üzləşiblər.
İKT
30 Avqust , 2018 10:12
Azərbaycanda zərərverici fişinq tətbiqlərin hücumlarının faizi MDB məkanında ən aşağı sıralardadır
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan istifadəçiləri cari ildə MDB məkanında fişinq proqramların hücumu ilə ən az üzləşiblər.

"Report"un məlumatına görə, bu barədə "Kaspersky Lab"ın Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan və Ermənistanda apardığı müşayiətlərin nəticələrində qeyd olunur.

Belə ki, cari ildə Azərbaycanda fişinq proqramları ilə istifadəçilərin 11,28%-i üzləşirsə, Rusiyada bu göstərici 17,38%, Belarusda isə 15,95% təşkil edir.

Bununla belə, bu il ərzində Azərbaycanda istifadəçilərin 1,5%-i bank troyan proqramlarının hücumuna məruz qalıb. Bu mənada ən böyük göstərici Ermənistanda (1,53%), ən aşağı göstərici isə Rusiyada (0,65%) qeydə alınıb.

"Android" mobil əməliyyat sistemi üçün zərərverici bank tətbiqlərin hücumuna görə isə Azərbaycan 5 ölkə arasında ən aşağı göstəriciyə malikdir - 0,08%. Ən çox bu cür hallar Rusiyada (1,15%) və Qazaxıstanda (0,25%) qeydə alınır.

"Kaspersky Lab" onu da bildirib ki, bu il ərzində Azərbaycanda istifadəçilərin 0,04%-i "mayner" proqramların hücumları ilə üzləşiblər. Bu mənada ən böyük göstərici Rusiyada (1,11%) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi